Jurnalist son çıxış üçün hakimdən vaxt istədi

Serdar Elibelyli 01

Noyabrın 12-də Xətai rayon məhkəməsində həbsdə olan “Nota Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə prosesi keçirilib.

Məhkəmədə jurnalistin vəkili Samir İsayev çıxış edib. Vəkil bildirib ki, nəinki Sərdar Əlibəylinin cinayətdə iştirakçılığı, ümumiyyətlə iddia olunan cinayət barədə hətta ən elementar hallar belə sübut olunmur, çünki  bunun üçün dəlillər yetərli deyildi.

“Ortada  qana bulaşmış bir daş və bir xəsarət var, amma onu o daş törətdiyini və bunu S.Əlibəylinin törətdiyini işdə heç nə sübut etmir, edə də bilmir. Əksinə təqsirsizliyini sübut edə biləcək dəlillərin toplanmasına məhkəmə şərait yaratmadı, çoxsaylı vəsatətləri təmin edilmədi: S.Əlibəylinin sübutları, alibiləri nəzərə alınmadı, araşdırılmadı, hal şahidləri, istədiyi şahidlər dindirilmədi, dindirilmişlərin ifadəsi istintaqdakı ifadəsindən fərqli  oldu, hətta bir şahidin zərərçəkmişin şikayətindən bir gün əvvəl dindirildiyi bəlli oldu, ekspert rəyləri natamamdır, elementar olaraq, cinayət aləti kimi qələmə verilmiş daşdakı qan ləkələri ilə zərərçəkmişin yarası tutuşdurulmayıb, ölçüləri, qanın kimə məxsusluğu belə müəyyən edilməyib ki, bilinsin ki, bu xəsarəti bu daşla törədə bilərdimi və bunu S.Əlibəyli törətmişdirmi. S.Əlibəyli ittiham olunduğu hadisəni törətməyib, tamamilə təqsirsizdir, ona bəraət verilməlidir”,-deyə vəkil çıxışında qeyd edib.

Jurnalist Sərdar Əlibəyli son sözlə çıxış üçün vaxt istədiyinə məhkəmə 13 noyabr 2013-cü il, saat 10:30-a təyin edilib.

Xatırladaq ki, iyulun 31-də “Note- Bone” qəzetinin baş redaktoru Sərdar Əlibəyli axşam saatlarında “Nərimanov” metro stansiyasının yaxınlığında Xətai rayon 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə gətirilib və barəsində 2 sutka tutma haqqında qərar qəbul edilib. Sərdar Əlibəyli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.) ilə ittiham olunur. Avqustun 2-də Xətai rayon Məhkəməsi  barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib. Avqustun 12-də Bakı Apellyasiya Məhkəməsi ilkin instansiya məhkəməsinin qüvvədə saxlanılması barədə qərar verib. Jurnalist hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Əlibəyli ona qarşı irəli sürülən ittihamla razılaşmadığını və ittihamın qurama olduğunu, həbsinin səbəbi kimi son həftələrdə yazdığı sərt məzmunlu yazıları gördüyünü bildirir.

Previous Post

Nəşriyyat Azadlıq qəzetinin çapını dayandırıb

Next Post

Blogger 9 il azadlıqdan məhrum edildi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.