Jurnalist barəsində hökmdən apellyasiya şikayəti verilib

Km51EXEX4Hl5

Aprelin 1-də İsmayıllı hadisələrinə görə həbs olunan “Yeni Müsavat” qəzetinin köşə yazarı  Tofiq Yaqublunun işindən Şəki Apellyasiya Məhkəməsinə şikayət verilib. Bu barədə bu gün (4 aprel)  Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna(RATİ) jurnalistin vəkili Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, apellyasiya şikayətində jurnalistə bəraət istənilib.

“Biz  İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında  Avropa Konvesiyasının 5 (azadlıq hüququ), 6 (ədalətli məhkəmə araşdırması) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinin pozuntusunu qeyd etmişik və 200 min manat məbləğində kompensasiya ödənilməsini istəmişik. Onu da qeyd edim ki, mən məhkəmə protokolunun bir qismi ilə tanış olmuşam və buna əsasən deyə bilərəm ki, hökmdə səhvlik var. Çünki müvəkkilimin xeyrinə olan bəzi məqamlar protokola düşməsinə baxmayaraq hökmdə öz əksini tapmayıb.   Eyni zamanda   müdafiə etdiyim şəxsin xeyrinə olan bəzi sübutlar, o cümlədən ifadələr hökmə salınmayıb və bununla da işin mahiyyəti yalnış istiqamətə yönləndirilib”,-deyə vəkil qeyd edib.

Xatırladaq ki, yanvarın 24-də İsmayıllı rayonuna səfəri zamanı sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamağa çağırışlar etməkdə təqsirləndirilən Tofiq Yaqubluya qarşı Cinayət məcəlləsinin 233-cü və 315-ci maddələri ilə ittiham irəli sürülüb. Aprelin 27-də isə T. Yaqubluya qarşı qarşı Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verilib və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürülüb. 17 mart 2014-cü il tarixində Şəki Ağır Cinayətlər Məhkəməsi Tofiq Yaqublunun 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Previous Post

Gəncədə həbs edilən QHT rəhbəri azad edilib

Next Post

Avropa Məhkəməsi qərarlarının Avropa Şurasına üzv dövlətlər tərəfindən icrası ilə bağlı durum Nazirlər Komitəsinin 2013-cü il üzrə illik hesabatında qiymətləndirilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.