Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib

Km51EXEX4Hl5

Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı işinə görə həbs edilənlərin, o cümlədən, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublunun cinayət işi üzrə  keçirilən məhkəmə prosesində hökm  oxunub.

Məhkəmə Tofiq Yaqublunu  irəli sürülmüş ittihamlar üzrə təqsirli bilərək, onun 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Tofiq Yaqublu məhkəmənin bu hökmünə etiraz edib və hakimə siyasi sifariş əsasında qərar çıxardığını bildirib.

Qeyd edək ki, İsmayıllı hadisələrini törətməkdə təqsirli bilinən REAL Hərəkatının sədri İlqar Məmmədov 7 il,  Səftar Ağamalıyev, Anar Həsənov və Vasif İbrahimov hər biri 8 il, Elşən İsmayıllı 5 il 6 ay, Elşən Qurbanov 5 il, Qənbər Ağamalıyev 4 il 6 ay, Cəfər Cəfərov 4 il 6  ay, Şükran Möhbalıyev 2il 6 ay  müddətinə azadlıqdan məhrum edilib. Şakir Mustafayev, Ceyhun Abbasov,  Səxavət Səmədov, Xəyal Şaranov, Rəşid Məmmədov Daşqın Ağayev, Aydın Cabbarov və Mirkazım Abdullayev şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib  və məhkəmə zalından azadlığa buraxılıblar.

Xatırladaq ki, yanvarın 24-də İsmayıllı rayonuna səfəri zamanı sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamağa çağırışlar etməkdə təqsirləndirilən Tofiq Yaqubluya qarşı Cinayət məcəlləsinin 233-cü və 315-ci maddələri ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsi 4 fevral 2013-cü il tarixdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi 8 fevral 2013-cü il tarixində bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Aprelin 27-də isə T. Yaqubluya qarşı qarşı Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verilib və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürülüb.

Previous Post

İlqar Məmmədovun vəkillərindən Kollegiyaya şikayət ediləcək

Next Post

Vətəndaş Həmrəyliyi qəzeti məhkəməyə verilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.