Jurnalist istintaqın aparılmamasından şikayətçidir

Km51EXEX4Hl5

İyulun 26-da vəkil Əsabəli Mustafayev Bakı İstintaq Təcridxanasında saxlanılan  “Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqublu ilə görüşüb. Bu barədə bu gün (29 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil Əsabəli Mustafayev məlumat verib. Vəkilin sözlərinə görə, T. Yaqublu istintaq hərəkətlərinin aparılmamasından şikayətçidir.

“Tofiq Yaqublu istintaqın bu qədər uzadılmasından narazıdır. Onun saxlanma şəraitindən və səhhətindən narazılığı yoxdur” –deyə vəkil bildirib.

Xatırladaq ki, yanvarın 24-də İsmayıllı rayonuna səfəri zamanı sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamağa çağırışlar etməkdə təqsirləndirilən Tofiq Yaqubluya qarşı Cinayət məcəlləsinin 233-cü və 315-ci maddələri ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsi 4 fevral 2013-cü il tarixdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi 8 fevral 2013-cü il tarixində bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Aprelin 27-də isə T. Yaqubluya qarşı qarşı Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verilib və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürülüb ki, bu maddə ilə də dörd ildən on iki ilədək həbs nəzərdə tutulur. T. Yaqublu hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

Azərbaycan hökuməti Xədicə İsmayılovaya qarşı çirkin hücumlara son qoymalıdır

Next Post

Telejurnalist televiziya rəhbərliyinin təzyiqinə məruz qalıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.