ÜZEYİR CƏFƏROVUN MAŞINI YANDIRILIB

Dünən gecə saatlarında hərbi  jurnalist, fəaliyyətini dayandırmış “Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı Üzeyir Cəfərova məxsus «VAZ-2107» maşını yandırılıb.

Bu barədə RATİ-yə məlumatı jurnalistin özü verib: “Hadisə yaşadığım Bakı şəhəri 6-cı mikrorayonda yerləşən binanın həyətində baş verib.  Avtomobilin benzin çəninin yerləşdiyi hissəsini içərisində benzin olan plastmas şüşə ilə yandırıblar”. Cəfərovun sözlərinə görə, bu maşının partladılması üçün edilib, lakin xoşbəxtlikdən alov söndüyündən partlayış baş verməyib.

           Jurnalist səhər tezdən polisə müraciət edib və hadisə yerinə Binəqədi rayon 7-ci Polis Bölməsinin operativ qrupu göndərilib. Onlar da öz növbəsində Fövqəladə Hallar Nazirliyinin Yanğın Xidmətinin ekspertini dəvət ediblər. Müəyyənləşib ki, maşının təkəri və təkərin üst hissəsi tamamilə yanıb və əyləc sistemi sıradan çıxıb.  Hal-hazırda maşın təmirdədir.
Cəfərov bu hadisənin onun jurnalist fəaliyyəti ilə bağlı olduğunu hesab edir: “Üç gün bundan qabaq hərbi əsirlə bağlı açıqlama vermişdim ki, generallar etinasızlıq edirlər, əsgərin əsir düşməsindən xəbərləri yoxdur. Bundan başqa da “24 saat” qəzetində köşə yazıları yazıram. Müxtəlif qəzetlərə açıqlamalar verirəm. Mən jurnalistəm və ancaq bu sənətlə də məşğulam. Heç kimlə şəxsi ədavətim, düşmənçiliyim yoxdur. Bu səbəbdən hesab edirəm ki, hadisə jurnalist fəaliyyətimlə bağlı hazırlanmış növbəti təxribatdır. Bununla məni susdurmaq, qorxutmaq istəyirlər. Lakin bu mənasızdır. Mən hər bir hadisənin olacağını gözləyirəm”.

Previous Post

YENİ AZƏRBAYCAN PARTİYASI MİRZƏ SAKİTLƏ BAĞLI MƏTBUAT ŞURASINA ŞİKAYƏT GÖNDƏRİB

Next Post

QƏNİMƏT ZAHİDOVUN VƏKİLLƏRİNİN TƏKLİFİ HAKİM TƏRƏFİNDƏN QƏBUL OLUNMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.