YENİ AZƏRBAYCAN PARTİYASI MİRZƏ SAKİTLƏ BAĞLI MƏTBUAT ŞURASINA ŞİKAYƏT GÖNDƏRİB

Yeni Azərbaycan Partiyası (YAP) “Azadlıq” qəzetinin satirik yazarı, jurnalist Mirzə Sakitdən Mətbuat Şurasına (MŞ) şikayət edib.


Şuranın sədri Əflatun Amaşov bu barədə RATİ-yə məlumat verib. Şikayət məktubunda “Azadlıq” qəzetinin 11 aprel 2008-ci il tarixli sayında Mirzə Sakitin “Qalıb” sərlövhəli şerində YAP sədrinin şərəf və ləyaqətinə, o cümlədən onun işgüzar nüfuzuna xələl gətirən ifadələrin yer aldığı bildirilir. Amaşovun sözlərinə görə, hal-hazırda şikayət məktubu MŞ-nın katibliyindədir və şikayətə Şuranın şikayətlər üzrə komissiyasının növbəti iclasında baxılacaq.

Bu məsələ ilə əlaqədar Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova və “Azadlıq” qəzetinin direktoru Azər Əhmədovla əlaqə saxladıq.
“Şikayətə səbəb olan həmin şerdə heç bir təhqir yoxdur, müəyyən tənqidlər ola bilər”- deyə qeyd edən Zahidova onların təhqir haqqında danışmağa ixtiyarlarının olmadığını vurğulayıb: “Əgər belə təhqirdən danışandılarsa, necə olur ki, “Lider” televiziyasında bütün günü insanları təhqir edirlər? Onlar təhqirlə tənqidi seçə bilmirlər”.
A. Əhmədovun da mövqeyi Zahidovanın mövqeyinə yaxın oldu: “televiziyalarda son iki həftə ərzində nümayiş etdirilənlərə baxandan sonra YAP-ın jurnalistikada əxlaq, təhqir, böhtan və yaxud da etika barədə danışmağa ən azı mənəvi haqları yoxdur”. Əhmədovun sözlərinə görə, şerdə heç bir təhqir yoxdur və burada YAP nümayəndələrinin firavan həyat yaşamasından, sadə xalqın isə dilənçi vəziyyətdə olmasından danışılır.

Previous Post

YAŞAR AĞAZADƏNİN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ SABAH YEKUNLAŞIR

Next Post

ÜZEYİR CƏFƏROVUN MAŞINI YANDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.