Obyektiv TV-nin əməkdaşı təzyiqlə üzləşib

335863_211841355551575_924611830_o

Fevralın 21-də “Obyektiv.tv” nin əməkdaşı Əbülfət Namazova təzyiq edilib və onun peşə fəaliyyətini yerinə yetirməsinə maneçilik törədiblər. Belə ki, gənc fəal Nigar Yaqublunun şikayətinə əsasən  Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesi zamanı mülki geyimli şəxslər zalda yerin olmadığını deyərək, media nümayəndələrinin və partiya fəallarının  məhkəmə zalına daxil olmasının qarşısını almağa çalışıblar.

Bu zaman baş verənləri videokamera ilə çəkən  “Obyektiv.tv” nin əməkdaşı Əbülfət Namazov mülki geyimlilərin təzyiqi ilə üzləşib. Onlar jurnalisti itələyərək məhkəmədən uzaqlaşdırmaqla peşə fəaliyyətini yerinə yetirməsinə mane olublar.

Previous Post

Həyəcan: Əvəz Zeynallının səhhəti pisləşib

Next Post

Mətbuata müsahibə verən Lənkəran sakini həbs edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.