JURNALİSTLƏRİN İDDİASI TƏMİN OLUNMADI

Bu gün (26 may) Bakı Apellyasiya Məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid (Zahidov) və qeyrilərinin Səbail Rayon Polis İdarəsinə və Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı qaldırdıqları iddia əsasında Səbail Rayon Məhkəməsinin çıxardığı qərardaddan verilən şikayət üzrə məhkəmə prosesi keçirildi.

İddiaçı tərəfin iştirakı olmadan baş tutan prosesdə, yalnız cavabdehlərdən   Səbail rayon Polis İdarəsinin nümayəndəsi Ələddin Əsgərov iştirak edib. Təxminən 10 dəqiqə davam edən prosesdə hakim birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı.   
Xatırladaq ki, Qənimət Zahidov və bir qrup jurnalist ölkədə söz azadlığına və jurnalistlərə qarşı basqılara etiraz olaraq Bakıda, Sabir bağında 17 aprel və 15 may 2007-ci il tarixlərində aksiya keçirməyə cəhd etmişlər. Aksiyanın keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilməmiş, Səbail Rayon Polis İdarəsinin əməkdaşları isə aksiyanın keçirilməsinin qarşısını kobudluqla almışdılar. Bundan sonra sərbəst toplaşmaq azadlığı hüququnun, fikri ifadə etmək azadlığının, qeyri-insani rəftara məruz qalmamaq hüququnun pozulması ilə əlaqədar bir qrup jurnalist Səbail Rayon Məhkəməsinə müraciət etmişdi. Lakin məhkəmə təqdim olunan sənədlərin yanlış olduğunu əsas gətirərək işin baxılmamış saxlanılması haqqında qərar çıxarmışdı. Bu qərardan verilən apellyasiya şikayəti təmin edilməmişdi. Daha sonra qərardan kasasiya şikayəti verilmiş, Ali Məhkəmə isə qərarın ləğv edilərək yenidən baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməsi haqqında qərar çıxarmışdı və iddia təkrar olaraq Səbail rayon Məhkəməsinə göndərilmişdir. 16 aprel 2008-ci ildə keçirilən məhkəmə prosesində hakim yenidən əsassız olaraq iddianın təmin olunmaması barədə qərardad qəbul etmişdi. Qərardaddan  şikayət verilmiş və bu gün Apellyasiya Məhkəməsi şikayət üzrə qərar çıxarıb.

Previous Post

HAKİM TƏRƏFLƏRƏ BARIŞIQ ÜÇÜN VAXT VERDİ

Next Post

BAŞ REDAKTOR JURNALINA TƏTBİQ OLUNAN SENZURANIN DAYANDIRILMASINI İSTƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.