TATYANA ÇALADZE BARIŞIQDAN İMTİNA ETDİ

Bu gün Yasamal Rayon Məhkəməsinin hakimi Raqib Qurbanovun sədrliyi ilə Tatyana Çaladzenin “Bakı xəbər” qəzetinə qarşı iddiası üzrə məhkəmə hazırlıq iclası keçirilib.

İclasda Çaladze və onun nümayəndəsi Tanıyev Şəmsəddin və “Bakı xəbər” qəzetinin redaktoru Vaqif Həsənov iştirak edirdi. Tatyana Çaladze çıxış edərək, iddiasında israrlı olduöunu bildirdi və qəzetdə yazılan məqalənin onun mənəvi-psixoloji durumuna mənfi təsir göstərdiyini qeyd etdi. Vaqif Həsənov isə çıxışında vurğuladı ki, “qəzetdə çap edilən material qəzetin mövqeyi deyil, bu material hüquqşünas Əlövsət Əliyev və jurnalist Üzeyir Cəfərovun müsahibələridir. Buna baxmayaraq biz güzəşt olaraq yenə də qarşı tərəfin mövqeyini əks etdirən material dərc etməyə hazırıq. Qarşı tərəf təkzibin verilməsi məqsədilə məhkəməyə müraciət etmək üçün “KİV haqqında” Qanunun müddəalarında əks olunan müddəti də (1 ay) keçirib. Bununla belə biz barışmağa razıyıq”. Hakim Tatyana Çaladzeyə barışıq müqaviləsinin imzalanmasını təklif etsə də, o barışıqdan imtina etdi.  Hakim işi icraata götürdü və məhkəmə prosesini 27 mart saat 16.00-a təyin etdi.
    Xatırladaq ki, Tatyana Çaladze “Bakı xəbər” qəzetinin 13 aprel 2007-ci il tarixli sayında çap olunan “Tatyana Çaladzeyə 2 ev veriblər” başlıqlı yazıya görə qəzetin redaksiyasını 29 yanvar 2008-ci ildə məhkəməyə verib. Çaladze yazını özünün şərəf və ləyaqətini alçaldan və işgüzar nüfuzuna xələl gətirən məqalə kimi qiymətləndirib. İddia ərizəsində təkzibin verilməsi və redaksiyanın 50.000 AZN məbləğində cərimələnməsi haqqında qərarın çıxarılması xahiş edilir.    

Previous Post

ÖZƏL TELEKANAL VƏ İNFORMASİYA AGENTLİKLƏRİ YOXLANILACAQ

Next Post

MƏHKƏMƏ JURNALİSTİN İDDİASINI TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.