JURNALİSTİN İDDİASI İCRAATA GÖTÜRÜLDÜ

Bu gün Nəsimi rayon məhkəməsinin hakini Məmməd Məmmədovun sədrliyi ilə "Bizim Yol" qəzetinin müxbiri Natiq Ədilovun Tələbə Qəbulu Üzrə Dövlət Komisiyasının sədri Məleykə Abbaszadənin  hərəkətsizliyindən şikayətlənərək ona qarşı qaldırdığı iddia əsasında məhkəmə hazırlıq iclası keçirilib.

Məhkəmədə hakim tərəflərə hüquq və vəzifələrini açıqladıqdan sonra iddiaçı N. Ədilov vəsatət qaldırdı ki, məhkəmənin ona göndərdiyi məktubun vaxtında ona çatmamağının səbəbi aydınlaşdırılsın. Daha sonra cavabdehin nümayəndəsi hüquq məsləhətçisi Nərminə Bayramova öz çıxışında sorğuya cavab göndərdikləri üçün iddianı əsassız saydıqlarını bildirdi. Daha sonra nümayəndə sorğuya göndərdikləri cavab məktubunu məhkəməyə təqdim etdi. Qeyd edək ki, təqdim olunan cavab məktubunda nə poçtun möhürü, nə də ünvan qeyd olunmuşdur. İddiaçı məhkəmədən bütün bunları nəzərə almağı xahiş etdi. Növbəti məhkəmə prosesi 30 mart saat 10:00-a təyin edildi.

Xatırladaq ki, jurnalist 29 noyabr 2007-ci il tarixində  TQDK ya populyar müğənni Röyalə Nəcəfovanın (Röya Ayxanın) Bakı Dövlət Universitetinə hansı yolla daxil olması barədə sorğu göndərib, lakin həmin sorğu cavablandırılmamışdır. İddia ərizəsində xahiş edilir ki, məhkəmə Məleykə Abbaszadənin 30 noyabr 2007-ci il tarixli informasiya sorğusunda göstərilən sualları ətraflı və doğru-dürüst cavablandırmağa məcbur edən qətnamə qəbul edilsin və Mülki Prossesual Məcəllənin 265.1-ci maddəsinə uyğun olaraq müvafiq qanunvericiliyin tələblərini kobud şəkildə pozan şəxs barəsində xüsusi qərardad çıxarasın.

Previous Post

QƏZETİN TƏSİSÇİSİNİN VƏSATƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU YENİ QANUN LAYİHƏSİ HAZIRLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.