MEDİA HÜQUQU İNSTİTUTU YENİ QANUN LAYİHƏSİ HAZIRLAYIB

Media Hüququ İnstitutu “Jurnalist qaynaqlarının gizliliyinin qorunması haqqında” Qanun layihəsi təklifi hazırlayıb.

Məqsədi jurnalist qaynaqlarının gizliliyinin qorunmasını təmin edən şərtləri, prinsipləri və qaydaları müəyyən etmək olan layihə hazırlanarkən Avropa ölkələrinin, Belçikanın müvafiq qanunu öyrənilib. Layihəyə görə, jurnalistlər hər hansı yazışmanı, öncədən qeydə aldıqlarını və ya sənədləri açmağa məcbur edilə bilməzlər. Bu yalnız o zaman mümkündür ki,  tələb edilən məlumat bir və ya daha çox insanın fiziki bütövlüyünə ciddi qorxu yaradan cinayətlə bağlı olsun. Jurnalist mənbənin açılması xahişini və ya qərarını yerinə yetirməyə razılaşdıqda səlahiyyətli qurumlar mənbənin açılmasının miqyasını məhdudlaşdırmanın yollarını axtarmalı, özləri mənbənin konfidensiallığına hörmət göstərməlidirlər. MHİ hesab edir ki, jurnalist qaynaqlarının qorunmasının düzənlənməsi media ilə bağlı qanunlarla yanaşı əməliyyat-axtarış tədbirlərini, cinayətlərin təqibi, araşdırılması, mühakiməsi, mülki ədalət mühakiməsi, inzibati prosesləri nizamlayan qanunların da predmetinə daxildir. Jurnalist qaynaqlarının qorunmasının bütün hüquq normalarını bir qanunda toplamaq çətin və mümkünsüz olduğundan MHİ KİV haqqında qanunun 11-ci maddəsini çıxarmağı, “Kütləvi informasiya vasitələri haqqında” qanuna, Cinayət Məcəlləsinə, Cinayət Prosessual Məcəlləsinə, “İnzibati İcraat haqqında” qanuna,  Mülki Prosesual Məcəlləyə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklər etməyi təklif edir. Hazırlanmış Qanun layihəsi təklifi mart ayının sonunda parlamentə təqdim olunacaq.
Previous Post

JURNALİSTİN İDDİASI İCRAATA GÖTÜRÜLDÜ

Next Post

QƏNİMƏT ZAHİDOVUN HƏBSİNƏ ETİRAZ OLARAQ PİKET KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.