JURNALİSTİN ŞİKAYƏTİ GERİ QAYTARILIB

“Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin (Xəlilov) Nəsimi rayon Məhkəməsi qarşısında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi və Dövlət Sərhəd Xidmətinə qarşı qaldırdığı iddia geri qaytarılıb.

Nəsimi rayon Məhkəməsinin hakimi Emin Mehdiyev buna səbəb kimi iddiaçının sənədlərinin qaydasında olmadığını bildirib. Bu barədə məlumatı RATİ-yə A. Xəlilin özü verib. “Guya iddia ərizəsinə bəzi sənədlər olmayıb buna görə iş icraata götürülməyib. Bu isə qeyri-qanunidir və mənə qarşı qərəzli mövqenin olduğunu bir daha sübut edir”.
Xatırladaq ki, A. Xəlil bu il may ayının 11-də ölkəni tərk etmək istəyərkən Sərhəd Buraxılış Məntəqəsində qanunsuz olaraq saxlanılmışdır.  Saxlanılma ilə bağlı Aqil Xəlil Nəsimi Rayon Məhkəməsinə şikayət vermişdi. İddia ərizəsində jurnalist məhkəmədən ölkədən getmək hüququnun pozulmasının tanınmasını, xarici ölkəyə maneəsiz getməyə icazə verilməsini, pozulmuş hüquqlara görə kompensasiyanın cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdi.

Previous Post

EMİN HÜSEYNOV REANİMASİYADAN PALATAYA KÖÇÜRÜLÜB

Next Post

ƏLİ HƏSƏNOV: “TƏƏSSÜF Kİ, EMİN HÜSEYNOV BİR NEÇƏ DƏFƏ PLANLAŞDIRILMIŞ TƏXRİBATLARIN MƏRKƏZİNDƏ OLUB”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.