NAXÇIVANDA JURNALİSTLƏR TƏZYİQƏ MƏRUZ QALIBLAR

İntihara cəhd etdiyi üçün psixi vəziyyəti ağırlaşaraq Naxçıvan Psixi Xəstəliklər Dispanserinə yatırılan və  bir neçə gün sonra   müalicə almadan məcburi qaydada dispanserdən xaric edilən Şərur rayon Qorçulu kənd sakini, AXCP üzvü Əhmədov Sevindik Rza oğlunun   müraciəti əsasında martın 6-da yerli jurnalist və hüquq müdafiəçiləri Naxçıvan Psixi Xəstəliklər Dispanserində olaraq baş həkimlə görüşərək, onun bu məsələyə  münasibətini öyrənməyə, eləcədə dispanserdən xaric olunan  S. Əhmədovdan müsahibə götürməyə  cəhd ediblər.

Amma nəticədə jurnalistlər təzyiqə məruz qalıblar.
Dispanserin baş həkimi açıqlama verməkdən imtina edib.  Dispanserin həyətində isə S.Əhmədovdan müsahibə götürmək istəyən RATİ-nin Naxçıvandakı müxbirləri Elman Abbasov, Həkimeldostu Mehdiyev və “Turan” İnformasiya Agentliyinin müxbiri İlqar Nəsibov təzyiqə məruz qalıb. Özünü xəstəxananın mühafizəçisi kimi təqdim edən, adını açıqlamaqdan imtina edən, lakin mühafizəçiyə bənzəməyən  şəxs onları hədələyib və dispanserin həyətini tərk etməyi tələb edib və nəticədə jurnalistlərin peşə fəaliyyətinə mane olub. Həmin şəxs jurnalistlərə dispanserin həyətini tərk etmədikləri halda onların ciddi problemlərlə üzləşəcəkləri ilə hədələyib. Vəziyyətin gərginləşdiyini görən jurnalistlər ərazini tərk etmək məcburiyyətində qalıblar.

 

 

Previous Post

RATİ-NİN XƏDİCƏ İSMAYILOVAYA QARŞI ŞANTAJ KAMPANİYASINA DAİR BƏYANATI

Next Post

XƏDİCƏ İSMAYILOVA HÜQUQ MÜHAFİZƏ ORQANLARINA MÜRACİƏT ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.