
Bu barədə RATİ-yə məlumatı Rövşən Kəbirli verib:
”Mən və Yaşar Ağazadə prezidentin verdiyi əfv fərmanı ilə azadlığa çıxmışıq. Bu səbəbdən də üzərimizdə olan 2 il, 6 ay müddətinə məhkumluq barədə məhkəmə hökmü ləğv olunmayıb. Azadlığa çıxsaq da məhkumluq üzərimizdə qalır. Biz məhkumluğun üstümüzdən götürülməsi üçün Yasamal rayon Məhkəməsinə müraciət etmişdik və bu instansiya iddiamızı təmin etmədiyi üçün apellyasiya şikayəti vermişik. Bu gün məhkəmə hazırlıq iclası oldu. Hakim Abdinbəyov prosesi sentyabrın 11-i saat 11:00-a təyin etdi.”