Bakıda Gezi Parkına Dəstək aksiyasını çəkən ANS TV əməkdaşları polis təzyiqinə məruz qalıb

İyunun 2-də ANS telekanalının iki əməkdaşı –  müxbir Elnarə Məmmədova və operator Firuz Ağayev Türkiyədə “Gezi Parkı” aksiyasına dəstək məqsədilə Bakıda keçirilmiş aksiyada çəkiliş aparan zaman polis təzyiqinə məruz qalıblar. Bu barədə bu gün (03 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov açıqlama verib.

Mais Məmmədovun sözlərinə görə, hadisə kanal əməkdaşlarının Türkiyə Səfirliyi qarşısında Taksim meydanına dəstək məqsədilə keçirilən dinc aksiyanı çəkən  zaman baş verib.

“Operatorumuz və müxbirimiz bədən xəsarətləri alıblar.  Əməkdaşlarımız tibbi ekspertizadan keçiblər və nəticə bu gün məlum olacaq. Polis sonradan öz hərəkətini onunla izah etdi ki, guya əməkdaşlarımız hansısa tanıdıcı geyimdə olmadıqlarından onları tanımayıblar. Baxmayaraq ki, mikrofonumuzun üstündə ANS-in loqotipi var idi”, -deyə  Mais Məmmədov qeyd edib.

DİN mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov RATİ-yə açıqlamasında bildirib ki, telekanal bu məsələ ilə bağlı bizə müraciət etməyib, telekanal müraciət edəcəyi təqdirdə hadisə araşdırılacaq və  lazımı tədbir görüləcək.

Previous Post

“Azadlıq” cərimənin hissə-hissə ödənilməsi üçün məhkəməyə müraciət edib

Next Post

Jurnalistlər Türkiyədə çəkiliş apararkən yaralanıblar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.