HƏMMƏRUZƏÇİLƏR HƏBS EDİLMİŞ JURNALİSTLƏRLƏ GÖRÜŞƏCƏK

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AŞPA-nın qış sesiyasında iştirak edən hüquq müdafiəçiləri mətbuat konfransı keçirib. Tədbiri giriş sözü ilə açan Səidə Qocamanlı bildirdi ki, Strasburqda Azərbaycanda insan hüquqları bağlı məsələlər və AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması məsələsi müzakirə olundu.

S.Qocamanlı imzalanan əfv fərmanının Azərbaycandakı siyasi məhbus problemini həll etmədiyini bildirdi: ”Təssüf ki, Azərbaycanda hələ də siyasi məhbus var və bunlardan dördü jurnalistdir.” Daha sonra hüquq müdafiəçiləri AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkovanın fevralın 4-də Azərbaycana səfər edəcəyini bildirdilər. Həmməruzəçilər səfər zamanı yerli hüquq müdafiə təşkilatları, dövlət rəsmiləri və ölkə başçısı ilə görüşəçəklər. Onlar həmçinin bir neçə məhbusla da görüşməyi planlaşdırır.
Novella Cəfəroğlu RATİ-nin əməkdaşı ilə söhbətində bildirdi ki, həmməruzəçilər dörd jurnalist –  Eynulla Fətullayev, Qənimət Zahid, Mirzə Sakit və Müşfiq Hüseynovla da görüşəcəklər.      

Previous Post

JURNALİSTLƏR HADİSƏ YERİNƏ BURAXILMAYIBLAR

Next Post

JURNALİSTLƏRİN CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLMƏSİ TƏLƏB EDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.