“HAKİMLƏRİN MÜSTƏQİLLİYİ – HÜQUQİ DÖVLƏTİN ƏSASIDIR” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Bu gün (2 aprel) Azərbaycan Media Mərkəzində Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun təşkilatçılığı ilə “Hakimlərin Müstəqilliyi – hüquqi dövlətin əsasıdır” mövzusunda dəyirmi masa keçirilib. L.Yunus çıxışında bildirdi ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev marın 2-də keçirdiyi mətbuat konfransında məhkəmələrin və hakimlərin müstəqil olmamasını deyib.

Məhkəmə sisteminin acınacaqlı halda olduğunu deyən L.Yunus “Məhkəmələr və hakimlər haqqında”, həmçinin “Məhkəmə Hüquq Şurası haqqında” qanuna dəyişiklik edilməsinin vacib olduğunu qeyd etdi.  
Daha sonra çıxış edən keçmiş prokuror Yusif Ağayev məhkəmə sahəsindəki qanunvericilikdə boşluqlar olduğunu və hakimlərin də bu səbəbdən müstəqil olmadığını bildirdi. O, Məhkəmə Hüquq Şurasını yenidən təşkil etmək üçün Konstitusiyaya və digər qanunvericilik aktlarına dəyişiklik edilməli olduğunu bildirib. O həmçinin qeyd etdi ki, hakimlərin səlahiyyət müddəti onların təqaüd yaşına qədər uzadılmalı və icra hakimiyyəti orqanının hakimlərə cəza vermək  və ya vəzifədən uzaqlaşdırmaq səlahiyyəti olmamalıdır. Hakimlərin seçkisinin bir neçə mərhələdən ibarət olmasının qanunsuzluğa yol açdığını vurğulayan Y. Ağayev, bu sahənin də təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirdi.
Digər hüquqşünaslar da öz çıxışlarında Azərbaycan Respublikasının məhkəmə sistemində olan boşluqlara toxunaraq, hakimlərin sifarişli qərarlar çıxardığını, Məhkəmə Hüquq Şurasının formal qurum olduğunu və Vəkillər Kollegiyasının obyektiv vəkillərin normal fəaliyyətinə mane olduğunu bildirdilər. Qeyd edildi ki, neqativ halların aradan qaldırılması üçün geniş müzakirələrin aparılmasına və qanunvericiliyin təkmilləşdirilməsinə böyük ehtiyac var.
Azərbaycan Hüquqşünaslar Konfederasiyasının katibi Nadir Adilov səslənən fikirlərlə razılaşmadığını və məhkəmələrin tam müstəqil olduğunu bildirdi.
Səbail rayon məhkəməsinin nümayəndəsi Ayxan Rüstəmzadə də məhkəmə sistemi və hakimlərlə bağlı neqativ fikirləri qəbul etmədiyini bildirdi. O həmçinin Məhkəmə Hüquq Şurasının işini yüksək qiymətləndirdiyini bildirdi.
 
Previous Post

İRAN SƏFİRLİYİNİN QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRİLİB

Next Post

JURNALİSTLƏRİN POLİSƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.