JURNALİSTİN İŞTİRAKI OLMADAN BARƏSİNDƏ QƏRAR ÇIXARILIB

“Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimovun "Qış bulvar"ında döyülməsi ilə bağlı olaraq Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə  jurnalistin və onun nümayəndəsinin iştirakı olmadan qərar çıxarılıb. Bu barədə bu gün (12 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) R. İbrahimov məlumat verib.

R. İbrahimovun sözlərinə görə, Nəsimi Rayon Məhkəməsi onun  xəbəri, iştirakı olmadan qərar çıxardıb və qərarı da jurnalistə təqdim etməyiblər:

“Qərarın nə vaxt çıxarılmasından xəbərsizəm. Nəsimi Rayon Məhkəməsinin hakimi Emin Mehdiyevin köməkçisi Araz Həsənovla telefon əlaqəsi saxlayıb məhkəmənin nə vaxt olacağını soruşdum. O, bildirdi ki, məhkəmə olub, qərar da var, amma, qərarda nələr yazıldığından xəbərsiz olduğunu söylədi” – deyə  jurnalist bildirdi.

Xatırladaq ki, “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov 26 noyabr 2010-cu ildə “Qış parkı”  layihəsi əsasında  Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi 73 ünvanında evlərin  sökülməsi ilə  əlaqədar foto  çəkiliş apararkən,  BŞİH –nin əməkdaşı  tərəfindən fiziki təzyiqə məruz qalıb və bununla əlaqədar dekabrın 3-də Media Hüququ İnstitutu (MHİ)  Daxili İşlər Nazirliyinə (DİN), Baş prokurorluğa və Mətbuat Şurasına (MŞ) müraciət edib. R. İbrahimov baş verən hadisənin araşdırılması  ilə bağlı olaraq, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsininbaş təhqiqatçısı polis kapitanı Yaşar İsayevə müraciət etmişdi, lakin jurnalist  Y. İsayevin  06 yanvar 2011-ci il tarixdə cinayət təqibinin başlanmasının rədd olunması qərarından Nəsimi Rayon Məhkəməsinin şikayət etmişdi

Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.

 

Previous Post

ANS TELEŞİRKƏTDƏKİ İSTEFALARA MÜNASİBƏT BİLDİRDİ

Next Post

“AZADLIQ” QƏZETİNİN TƏZYİQƏ MƏRUZ QALMIŞ ƏMƏKDAŞI POLİSDƏ DİNDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.