“LİDER” NÜMAYİŞ ETDİRDİYİ “İFLAS” FİLMİNİ MÜDAFİƏ EDİB

Bu gün axşam saat 21. 30-da “Lider” televiziyasında “İflas” filmi yenidən yayımlanacaq.

Filmin nümayiş etdiriləcəyi ilə bağlı anonslar gün ərzində telekanalın efirində göstərilib.


“Lider” TV-nin xəbərlər proqramı olan “Səda” verilişinin axşam buraxılışında “İflas” filmi ilə bağlı süjet göstərilib. Süjetdə bildirilir ki, sadə vətəndaşların çoxsaylı zəngləri bu filmin yüksək qiymətləndirildiyini göstərir, telekanala isə bu mövqeyinə görə təşəkkürlərini bildirirlər: “İzləyicilərimiz araşdırma verilişlərinin və polemikaların zəruriliyini duyurlar. Tamaşaçıların geniş istəyini nəzərə alaraq film bu gün yenidən “Lider” televiziyasında yayımlanacaq.

“Səda” proqramından dərhal sonra efirə gedən “Sitatın sonu” verilişində isə bildirilir ki, Əli Kərimli kanalı məhkəməyə verə bilmir. Çünki kanal heç bir təhqir elementinə yol verməyib. Filmdəki fikirlər “Lider”-in müxbirlərinə deyil, vaxtilə Əli Kərimlinin müttəfiqləri olmuş şəxslərə aiddir. “Lider” onlara sadəcə efir verib.

RATİ  filmdə danışan şəxslərin “Lider”-ə müraciət etməsi və ya əksinə “Lider”-in həmin şəxslərə müraciət etməsi məsələsini dəqiqləşdirmək üçün RATİ həmin şəxslərdən bəziləri ilə əlaqə saxlayıb.
 
AXC-nin keçmiş üzvü Təhmasib Novruzov “Lider” telekanalının ona müraciət etdiyini bildirib: “Gününü dəqiq xatırlamıram. “Lider” kanalından mənə zəng vurdular,  bu barədə film çəkmək istədiklərini bildirdilər, mən də razılaşdım”.

RATİ Ramiz Tağıyevlə əlaqə saxlaya bilməyib.
* Filmdə İsgəndər Həmidovun danışdığı videokadrlar gizli çəkiliş nəticəsində əldə edilmiş kadrlardır.

Qeyd edək ki, RATİ bu gün (29 aprel) “İflas” filmi ilə əlaqədar bəyanat yayıb. Bəyanatda  kanalın bu cür film nümayiş etdirməsi  pislənilir. RATİ eyni zamanda Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə filmlə bağlı müraciət edib və Şura sədrindən məsələyə rəsmi münasibət bildirməyini xahiş edib.

Previous Post

MƏHKƏMƏ JURNALİSTİN VƏSATƏTİNİ TƏMİN EDİB

Next Post

CƏFƏROV MAŞINININ YANDIRILMASI İLƏ BAĞLI İŞİN AÇILACAĞINA İNANMIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.