JURNALİSTLƏR DÖVLƏT HESABINA VƏKİLLƏ TƏMİN EDİLMƏDİLƏR

Bu gün (15 yanvar) Bakı Apellyasiya Məhkəməsində hakim İlham Əsədovun sədrliyi ilə bir qrup jurnalistin (Elçin Həsənov, Seymur Həziyev, Əbülfəz Qurbanlı və Eltac Pənahov) Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət  etmələri üçün dövlət hesabına vəkillə təmin edilmələrinə görə verdikləri iddia üzrə məhkəmə prosesi keçirilib.

Hakim jurnalistlərin iddiasını rədd edib. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  Elçin Həsənov verib.
Qeyd edək ki, adı çəkilən jurnalistlər 2008-ci ilin sentyabr ayında Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə  informasiya sorğusu ilə müraciət ediblər. Sorğuları  cavablandırılmadığı üçün  jurnalistlər “informasiya sorğusuna cavab verilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi” tələbi ilə  Səbail rayon Məhkəməsinə  müraciət etmişdilər. Bu məhkəmə tərəfindən iddiaları təmin olunmayan jurnalistlər daha sonra Apellyasiya Məhkəməsinə müraciət etmişdilər. Amma onların apellyasiya şikayəti də rədd edilmişdi. Hazırda isə jurnalistlər kassasiya şikayəti vermək istəyirlər və kassasiya şikayətlərinin müdafiə edilməsinə görə dövlət hesabına vəkillə təmin olunmaları üçün Apellyasiya Məhkəməsi qarşısında iddia qaldırmışdılar.
Previous Post

“AZƏRBAYCANFİLM” KİNOREJİSSORLAR GİLDİYASI İLƏ BİRLİKDƏ İTV-Nİ MƏHKƏMƏYƏ VERİB

Next Post

“AZAD AZƏRBAYCAN” VƏ “LİDER” TELEKANALLARININ ÇƏKİLİŞ QRUPLARI ATƏŞƏ TUTULUBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.