ACLIQ AKSİYASI KEÇİRƏN JURNALİSTLƏRİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB

Həbsdə olan jurnalist Eynulla Fətullayevə dəstək üçün oktyabrın  20-də başlayan aclıq aksiyası davam edir.  Aksiya Musavat Partiyasının qərargahında  davam etdirilir.

Aclıq Aksiyasına jurnalistlər Şahvələd Çobanoğlu, Qan Turalı (köşə yazarı) və Elçin Həsənov (“Yüksəliş naminə” qəzetinin əməkdaşı) qoşulub.
 Bu gün  Musavat partiyasının qərargahında aclıq aksiyasını davam etdirən jurnalistlərin səhhətində problem yaranıb və bununla bağlı təcili tibbi yardıma müraciət edilib. Təcili tibbi yardım həkimləri bildiriblər ki, jurnalist Şahvələd Çobanoğlunun təzyiqi yüksəkdir, Elçin Həsənovun isə təzyiqi çox aşağı düşüb. Qan Turalının isə səhhəti normaldır. Təcili  tibbi yardım həkimi jurnalistlərə vitamin c və ya qlükoza məhlulu vurmağı təklif edib, lakin jurnalistlər buna razı olmayıblar. Artıq jurnalistlər iki gündür ki , aclıq aksiyası edirlər.
Qeyd edək ki,  jurnalist Eynulla Fətullayev 3 gündür aclıq aksiyasına başlayıb.

           

           

 

Previous Post

ADNAN HACIZADƏNİN APELLYASİYA ŞİKAYƏTİNƏ BAXILIB

Next Post

SƏRHƏDSİZ REPORTYORLAR TƏŞKİLATI 9- CU HESABATINI AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.