Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin keçirdiyi növbəti iclasda jurnalistlərə və onların ailələrinə 4200 dollar maliyyə yardımı ayrılıb. Keçirilən iclas zamanı fevral ayı ərzində daxil olan 3 müraciətə baxılıb.
Söz Azadlığına Yardım Fondu tərəfindən Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayevin ailəsinə 3000 ABŞ dolları, “Tolışi sədo” qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədovaya 600 ABŞ dolları və “Müxalifət” qəzetinin redaksiyasına 600 ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.
Qeyd edək ki, Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Azərbaycan Jurnalistlər Birliyi”, “Nəcəf Nəcəfov Fondu” və Azərbaycan Demokratik Jurnalistlər Liqasıdır.