ABŞ-IN AZƏRBAYCANDAKI SƏFİRİ MEDİA RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜB

Fevralın 17-də prezident İlham Əliyev Amerikanın Azərbaycana yeni təyin edilmiş səfiri Metyu Brayzanın etimadnaməsini qəbul edib.  Səfir Brayza prezidentlə görüşündən bir neçə saat sonra Azərbaycanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb və Amerika-Azərbaycan münasibətləri ilə bağlı çıxış edib.

“Mən Azərbaycana gələrkən prezident Barak Obama və dövlət katibi Hillari Klinton bir daha Azərbaycanla əlaqələri ABŞ üçün çox mühüm hesab etdiklərini bildirdilər, Azərbaycanın ABŞ üçün önəmini bir daha vurğuladılar”, -deyə səfir qeyd edib.

            Səfir Amerikanın Azərbaycanla bağlı siyasətinin əsas prioritetlərindən danışarkən deyib: “Amerika Azərbaycana təhlükəsizlik, enerji, daxili islahatlar sahəsində köməyini davam etdirəcək. Ancaq bunların heç biri ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ problemini sülh yolu ilə həll edilməsindən önəmli deyil ”, – deyə o, qeyd edib.   
            Brayza münaqişənin həllinin sülh yolundan başqa yolunun olmadığını deyib. “Ümid edirəm ki, münaqişənin sülh yolu ilə həlli bütün bölgəyə sabitlik gətirəcək, regionun strateji əhəmiyyətini daha da artıracaq”.

              O Azərbaycana terrorizmə qarşı mübarizədə köməyə və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştiraka görə təşəkkürünü  bildirib.

            Səfir Azərbaycan hökumətinin antikorrupsiya sahəsində son təşəbbüslərini alqışlayıb. “Biz bu təşəbbüsü davam etdirmək və dərinləşdirmək üçün Azərbaycana dəstək verməyə hazırıq”.

            Qeyd edək ki, təxminən il yarımdan çox idi ki ABŞ-ın Azərbaycanda səfiri yox idi. Uzun sürən müzakirələrdən sonra prezident Obama  Metyu Brayzanı Azərbaycana səfir təyin etdi və Senat bir il ərzində bu təyinatı təsdiqləməlidir.
Previous Post

SÖZ AZADLIĞINA YARDIM FONDU JURNALİSTLƏRƏ VƏ AİLƏLƏRİNƏ MALİYYƏ YARDIMI EDİB

Next Post

HƏBSİ ZAMANI GƏNC FƏALIN ZORAKILIQLA ÜZLƏŞMƏSİNƏ DAİR MƏHKƏMƏ PROSESİ KEÇİRİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.