“Note Bone” qəzetinin baş redaktoru saxlanılıb

Serdar Elibelyli 01

İyulun 31-də “Note Bone” qəzetinin baş redaktoru Sərdar Əlibəyli saxlanılıb. Bu barədə bu gün (01 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Vəkil E. Sadıqovun sözlərinə görə, dünən axşam saatlarında S. Əlibəyli Xətai rayon 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə gətirilib və barəsində 2 sutka tutma haqqında qərar qəbul edilib.

“Sərdar Əlibəyli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.) ilə ittiham olunur. Bu gün orderimi də götürüb istintaqa verəcəyəm və özü ilə görüşməyə çalışacam” –deyə bildirən vəkil jurnalistin peşə fəaliyyəti ilə bağlı saxlanıldığını istisna etmədiyini və təqsirləndirildiyi maddə ilə onun 7 il müddətinə həbs oluna biləcəyini bildirib.

Jurnalistin sözügedən bölmədə saxlanıldığını dəqiqləşdirmək məqsədilə RATİ Xətai rayon 37-ci Polis Bölməsi ilə əlaqə saxlayıb. Bölmə məlumatı təkzib edərək, S. Əlibəylinin orada saxlanılmadığını deyib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə RATİ-yə açıqlamasında hadisədən məlumatsız olduqlarını və məsələnin araşdırılacağını bildirib.

Previous Post

Jurnalistin qohumlarına təzyiq edilir

Next Post

Əvəz Zeynallının Mətbuat Şurasına qarşı iddiası məhkəmə baxışına təyin olunub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.