JURNALİSTİN ABEL MƏHƏRRƏMOVA QARŞI QALDIRDIĞI İDDİA TƏMİN EDİLMƏDİ

Bu gün (07 may) Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə "Müxalifət" qəzetinin əməkdaşı Yaşar Ağazadənin BDU-nun rektoru Abel Məhərrəmova qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia  üzrə məhkəmə prosesi keçirildi.

Hakim iddianı təmin etmədi.    Xatırladaq ki, Ağazadə BDU-nun maliyyə təsərrüfat işləri ilə bağlı məlumat almaq üçün maliyyə naziri Samir Şərifovun adına sorğu göndərib. Amma sorğuya cavab vermək əvəzinə BDU-ya müraciət edən Maliyyə Nazirliyi Məhərrəmovun imzası ilə jurnalistin qərəzli məqalələr müəllifi olması barədə məktub alıb və həmin məktub da Ağazadəyə təqdim edilib. Bu səbəbdən də məhkəməyə üz tutan Ağazadə Məhərrəmovun təkzib verməsini və 1000 AZN məbləğində cərimələnərək həmin vəsaitin Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürülməsini tələb edir.

Previous Post

RAMİZ MEHDİYEV BEYNƏLXALQ TƏŞKİLATLARI TAPŞIRIQLA BƏYANAT VERMƏKDƏ İTTİHAM EDİR

Next Post

“XURAL”-IN İDDİASI QİSMƏN TƏMİN EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.