POLİS MÜXALİFƏTİN AKSİYASINI ZORAKILIQLA DAĞITDI

Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər, xüsusilə də eyni şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması təşəbbüsünə etiraz əlaməti olaraq bu gün (24 dekabr) bir qrup müxalifətçi Konstitusiya Məhkəməsi binasının qarşısında Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış qaydada piket keçirməyə cəhd etdi.

“Rədd olsun monarxiya!”, “Yaşasın respublika!” şüarları ilə keçirilməsinə cəhd edilən aksiyanın qarşısı dərhal polis tərəfindən alındı. Aksiya iştirakçıları polis tərəfindən yaxalanaraq ərazidən uzaqlaşdırıldı.
Aksiya zamanı  media nümayəndələrinə qarşı hər hansı bir formada təzyiq faktı ərazidə monitorinq aparan RATİ əməkdaşları tərəfindən  qeydə almadı.
 
Previous Post

VƏKİLİ QƏNİMƏT ZAHİDOVLA GÖRÜŞÜB

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN MƏHKƏMƏSİNDƏ HAKİM TƏRƏFLƏRƏ BARIŞIQ TƏKLİF EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.