HAKİM QƏZETLƏ SİYASİ HƏRƏKAT LİDERİNİ BARIŞIĞA DƏVƏT EDİR

Bu gün (27 yanvar) Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyevanın “Ölkə” qəzetinə qarşı iddiasına əsasən “Ölkə” qəzetinin  Yasamal rayon Məhkəməsinin çıxardığı qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə bu gün  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Ölkə” qəzetinin baş redaktoru Rəfael Becanov məlumat verib.

İclasda “Ölkə” qəzetinin baş redaktoru Rəfael Becanov, qəzetin vəkili Azər Rəsulov və  iddiaçının nümayəndəsi  Əvəz Temirxan iştirak ediblər.

Baş redaktor bildirdi ki, hakim tərəflər arasında ümumi razılığa gəlinməsi barədə ötən məhkəmə prosesi zamanı etdiyi təklifi bir daha təkrarlayıb və növbəti prosesi 4 fevral saat 15:00-a təyin edib.

Xatırladaq ki, “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyeva “Ölkə” qəzetinin 11-17 fevral tarixli buraxılışında “”Madam” ləqəbli agent kimdir?” başlıqlı yazısında barəsində həqiqətə uyğun olmayan məlumatların yer aldığını iddia edərək, cavabdehlərin təkzib verməsini, üzr istəməsini və onlardan hər birinin 100 min manat məbləğində cərimələnməsini tələb edib. İddia ərizəsində göstərilib ki, cavabdehlərdən məhkəmə qərarı ilə tutulacaq bütün məbləğ Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın hesabına köçürülsün. 13 sentyabr 2010-cu ildə Yasamal rayon Məhkəməsi  qəzetə qarşı iddianı təmin edərək, 4 000  (min)  manat cərimələnməsi barədə qərar verib.

Qeyd edək ki, “Ölkə” qəzeti 2008-ci ilin fevral ayında fəaliyyətə başlayıb və həftədə bir dəfə dərc olunur.

 

Previous Post

JURNALİST ŞAHİN AĞABƏYLİNİN ÖLÜM FAKTI İLƏ BAĞLI EKSPERTİZANIN NƏTİCƏLƏRİ AÇIQLANIB

Next Post

QAZAX RAYONUNDA “YENİ MÜSAVAT”IN SATIŞINA QADAĞA QOYULUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.