Hüquq müdafiəçisinin işi üzrə məhkəmə istintaqı bitib

 qurban-memmedov

Noyabrın 21-də Nəsimi rayon məhkəməsində həbsdə olan sabiq vəkil Qurban Məmmədovun Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 299.1-ci (zərərçəkmiş şəxsi yalan ifadə verməsi məqsədi ilə pulla ələ alma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə prosesi keçirilib.

Məhkəmədə Q. Məmmədov zərərçəkmişi yalan ifadə verməsi üçün ələ almaq ittihamına xitam verilməsi barədə vəsatət qaldırıb. Bu və Q. Məmmədovun həbsdən azad edilməsi barədə vəsatətlər təmin olunmayıb.

Məhkəmədə iş üzrə ekspertlər dindirilib. Məhkəmə-tibb eksperti Əliş Mevliyev 3 saatdan çox sual-cavab edilib. O, bildirib ki, o rəyində zərərçəkənin ayağının maşının təkərin altında qalmasını nəzərdə tutmayıb, toxunduğunu bildirib.

Q. Məmmədovun vəkili Xalid Bağırovun sözlərinə görə “bununla bütün ittihamın mahiyyəti dağılmış olur, çünki ittiham onun üzərində qurulub ki, Pərviz Abbasovun ayağı Q.Məmmədovun maşınının altında qalıb.

Q.Məmmədovun təkrar ekspertizalar, hadisə yerinə baxış, müstəntiqlə şahid və zərərçəkmişlərin üzləşdirilməsi barədə vəsatətlər verdi və heç biri təmin olunmadı.  Hakim məhkəmə istintaqını bitirib çıxışlar üçün növbəti iclası 28 noyabr saat 12:00-a təyin edib.

Xatırladaq ki, Qurban Məmmədova qarşı ötən ilin sentyabrında baş vermiş avtoqəza ilə bağlı Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, bu il iyunun 4-də barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmiş şəxsi yalan ifadə verməsi məqsədi ilə pulla ələ alma) maddəsi ilə yeni ittiham elan edilib.  Qurban Məmmədov həbsinin Milli Şurada aktiv fəaliyyəti, kəskin çıxışları ilə əlaqədar siyasi sifariş olduğunu bildirib.

Previous Post

Jurnalistin məhkəməsi vəkil çıxışı ilə davam edib

Next Post

Jurnalist ölümlə hədələndiyini bildirir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.