JUHİ JURNALİSTLƏRİN SOSİAL PROBLEMLƏRİ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİB

Bu gün (21 may) “Jurnalistlərin Həmkarlar İttifaqı” (JuHİ) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Jurnalistlərin sosial hüquqlarının qorunmasının vəkilliyi” layihəsi çərçivəsində Mətbuat Şurasının konfrans zalında “Jurnalistlərin sosial durumunda mövcud vəziyyət: problemlər və çıxış yolları” mövzusunda dəyirmi masa keçirdi.

Layihənin direktoru, JuHİ sədri Müşfiq Ələsgərli tədbiri açıq elan edərək, ayrı-ayrı redaksiyalarda 2007-ci illə müqayisədə jurnalistlərin sosial durumlarının normalaşdırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində müəyyən irəliləyişlərin olduğunu qeyd etdi. Onun sözlərinə görə hazırda ölkədə fəaliyyət göstərən normal KİV-lərin əksəriyyətində jurnalistlərin orta aylıq əmək haqları 300 manat və daha artıqdır: “Halbuki, bir il bundan əvvəl orta əmək haqları 180-200 manat idi. Əmək müqavilələri isə sinvolik də olsa normal hesab olunan redaksiyalarda bağlanılıb”.    
 M.Ələsgərlinin sözlərinə görə gündəlik nəşr olunan qəzetlər və informasiya agentliklərindən fərqli olaraq həftəli nəşr olunan qəzetlərdə əmək haqları 100-150 manat civarındadır və bu qəzetlərin 90 faizində jurnalistlərlə əmək müqaviləsi də bağlanmayıb.
Previous Post

EMİN HÜSEYNOVUN ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ GƏLƏN HƏFTƏ DAVAM EDƏCƏK

Next Post

MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏSİ ŞAHİDLƏRİN DİNDİRİLMƏSİ İLƏ DAVAM EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.