POLİS RATİ-DƏ KEÇİRİLƏN MƏTBUAT KONFRANSINA MÜDAXİLƏ ETMƏYƏ CƏHD EDİB

Bu gün (23 iyun saat 12.00-da) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Ehtiyatda və İstefada olan Zabitlər Birliyi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə    “Mediada hərbi vətənpərvərlik” mövzusunda həyata keçirdi layihə çərçivəsində dəyirmi masa keçirib

Tədbirdə KİV nümayəndələri, jurnalistlər və birliyin üzvləri iştirak ediblər.
  Tədbiri giriş sözü ilə açan birliyin rəhbəri Yaşar Cəfərli  mediada hərbi vətənpərvərlik mövzusuna daha çox yer verilməsinə ehtiyac duyduqlarını və diqqətinin bu sahəyə yönəldilməsinin vacibliyindən söz açdı.
   “Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti”nin sədri Cavanşir İsmayılov isə son zamanlar bu sahədə bir çox nailiyyətlərin əldə olunduğunu bildirərək, vətənpərvərliyin və dövlətçiliyin təbliği sahəsində mətbuatın, bütün media nümayəndələrinin yaxından iştirakının vacibliyini vurğuladı.
   Qeyd edək ki, tədbir başlanan kimi Səbael rayon Polis İdarəsinin Polis Patrul Xidmətinin əməkdaşları RATİ-yə gələrək tədbir və tədbirin təşkilatçıları ilə maraqlanıblar. Tədbirin təşkilatçısı Y. Cəfərlinin polislərlə söhbətindən sonra onlar ərazini tərk ediblər. Onu da qeyd edək ki, RATİ-nin mətbuat mərkəzi 2007-ci il iyun ayının 12-dən fəaliyyət göstərir və bu müddət ərzində mətbuat mərkəzində çoxsaylı tədbirlər keçirilib. Amma hər hansı bir tədbirin keçirilməsinə polisin müdaxiləsi müşahidə olunmayıb. Bu səbəbdən də polisin atdığı bu addım RATİ-də narahatlıq yaradır.
Previous Post

ELAN!

Next Post

JUHİ ƏMƏK HÜQUQLARININ QORUNMASINA HƏSR EDİLMİŞ DƏYİRMİ MASA KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.