AQİL XƏLİLİN DÖYÜLMƏSİ İLƏ BAĞLI CİNAYƏT İŞİNİN YENİDƏN AÇILMASI ÜÇÜN İDDİA QALDIRILIB

Keçən həftə (04 iyul) Nəsimi Rayon Məhkəməsində  "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilin döyülməsi faktı üzrə başlanmış cinayət işinə xitamın verilməsinin qeyri-qanuni hesab edilməsi ilə bağlı proses keçirilib.

A. Xəlil onun döyülməsi ilə bağlı cinayət işinin yenidən açılmasını tələb edir.

Bu barədə RATİ-yə məlumat verən jurnalistin vəkili Elçin Sadıqovun sözlərinə görə, hakim İkram Şirinovun sədrliyi ilə keçirilən prosesdə ilkin dinləmələr olub.
Bundan sonra növbəti məhkəmə prosesi 14 iyul saat 15:30-a təyin edilib.

Xatırladaq ki, Aqil Xəlilin döyülməsi ilə bağlı foto şəkillər və video görüntülərin olmasına baxmayaraq Baş Prokurorluq jurnalistin "Zeytun bağı" adlanan ərazidə döyülməsi faktı üzrə başlanmış cinayət işinə mayın 21-də xitam vermişdi.

Previous Post

BEYNƏLXALQ MƏTBUAT İNSTİTUTU AZƏRBAYCANDA MƏTBUAT AZADLIĞININ VƏZİYYƏTİNDƏN NARAHATDIR

Next Post

QƏNİMƏT ZAHİDOVU TUTDURAN QADIN OĞURLUĞA GÖRƏ AXTARIŞDADIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.