QƏNİMƏT ZAHİDOVU TUTDURAN QADIN OĞURLUĞA GÖRƏ AXTARIŞDADIR

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovu (Zahid) şərləyərək həbs etdirən Sevgiladə Quliyeva Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə axtarışdadır.

RATİ-nin əməkdaşları S. Quliyevanın foto şəkillərini Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin inzibati binalarında axtarışda olanlar siyahısında görüblər.

Xatırladaq ki, Zahidov Sevgiladə Quliyevanın şikayəti əsasında 07 mart 2008-ci il tarixdə Cinayət Məcəlləsinin 127.2.3  maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) ilə 3 il 6 ay, 221-ci maddə (xuliqanlıq) ilə isə 6 ay olmaqla ümumilikdə 4 il azadlıqdan məhrum edilib.

Foto:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,74/

 

Video:http://www.youtube.com/watch?v=OVmzYEpPHQQ&eurl=http://irfs.az/

Previous Post

AQİL XƏLİLİN DÖYÜLMƏSİ İLƏ BAĞLI CİNAYƏT İŞİNİN YENİDƏN AÇILMASI ÜÇÜN İDDİA QALDIRILIB

Next Post

MAHAL İSMAYILOĞLU BU AXŞAM POLİSDƏ OLACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.