QAT SƏDRİ JURNALİSTİ DÖYÜB

Dünən (12 dekabr) "Yeni Müsavat" qəzetinin köşə yazarı Zamin Hacı (Hacıyev)  Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı tərəfindən döyülüb.

Bu barədə RATİ-yə məlumat verən Zamin Hacının sözlərinə görə, onun  yazısında QAT sədrinə "əkə" (Özbəkistanda qardaşa əkə deyilir – red.) deyə müraciət etməsi Nağının xoşuna gəlməyib: "Akif Nağı məndən bir daha onun haqqında yazmamağımı tələb etdi. Mən də ona dedim ki, nə qədər ki, sən ictimai fəaliyyətlə məşğulsan, sənin haqqında yazacağam.  Bu zaman Akif Nağı mənə sifətimdən yumruq zərbəsi endirdi. Bu zərbənin nəticəsində eynəyim də sındı”.
Jurnalistin sözlərinə görə, artıq o, baş verənlərlə bağlı  Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edib.
Polis Bölməsindən  RATİ-yə verilən məlumata görə,  daxil olmuş şikayətlə bağlı artıq  sənədlər toplanaraq Binəqədi rayon Prokurorluğuna göndərilib.
Prokurorluqdan isə işin hansı yerdə olduğunu araşdırmaq cəhdimiz boşa çıxdı.  Prokurorluğun özünü təqdim etməyən əməkdaşı RATİ əməkdaşına telefon danışığında bildirib ki, şənbə günü olduğuna görə, suallara cavab verə biləcək səlahiyyətli şəxslər işdə  deyillər.
Məsələ ilə bağlı Akif Nağının da mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Əvvəlcə telefon zənginə cavabında QAT sədri Polis Bölməsində olduğunu və bu səbəbdən danışa bilmədiyini dedi.  Günorta saatlarında isə Nağının əl telefonuna başqa bir şəxs cavab verərək onun namaz qıldığını bildirdi. Amma günorta namazından sonra Nağının əl telefonuna zənglər çatmadı.
Previous Post

JURNALİST ARAŞDIRMALARI MƏRKƏZİ DÖVLƏT QEYDİYYATINA ALINDI

Next Post

REKTORUN QƏZETƏ VƏ JURNALİSTLƏRƏ QARŞI QALDIRDIĞI İDDİA RƏDD EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.