REKTORUN QƏZETƏ VƏ JURNALİSTLƏRƏ QARŞI QALDIRDIĞI İDDİA RƏDD EDİLDİ

Bu gün (15 dekabr) Yasamal rayon Məhkəməsində Svetlana Əhmədovanın sədrliyi ilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin “Gündəlik Bakı” qəzetinə, qəzetin təsisçisi və baş redaktoru Habil Vəliyevə, baş redaktorun birinci müavini Üzeyir Cəfərova və qəzetin əməkdaşı İlkin Hüseynliyə qarşı Cinayət Məcəlləsinin  147 və 148-ci  maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

Bu barədə RATİ-yə Ü.Cəfərov məlumat verdi.
”Xüsusi ittihamçı Elşad Abdullayev və ya onun nümayəndəsi hazırlıq iclasına gəlməmişdi. Biz xüsusi ittihamın rədd edilməsini tələb etdik”, – deyə qeyd edən Cəfərovun sözlərinə görə, hakim  iddianı rədd etdi.
Xatırladaq ki, iddiaya  “Gündəlik Bakı ” qəzetinin  2008-ci il tarixli 194-cü sayında“Elşad Abdullayevin özü haradadır?” və 2008-ci il, 28 noyabr tarixli 218-ci sayında  “Elşad Abdullayev öz bacısı oğlunu tutdurub?” başlıqlı məqalələr səbəb olub.
Qeyd edək ki, ABU-nun rektoru  Elşad Abdullayev Habil Vəliyevi, Üzeyir Cəfərov və İlkin Həsənlinin Cinayət Məcəlləsinin  147, 148-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilməsini, özünə dəymiş mənəvi ziyana görə təqsirləndirilən şəxslərin hər birindən müvafiq olaraq  30 min AZN həcmində cərimələnməsini və bu vəsaitin öz hesabına keçirilməsini tələb edirdi.
Previous Post

QAT SƏDRİ JURNALİSTİ DÖYÜB

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİ İLƏ BAĞLI QAPALI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.