“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALI AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSİNƏ ŞİKAYƏT GÖNDƏRİB

 “Korrupsiya və Cəmiyyət” jurnalı Mətbuat Şurasına qarşı qaldırdığı iddia üzrə yerli instansiyaların qərarlarından narazı qaldığı üçün Avropa insan Haqları Məhkəməsinə şikayət göndərib.

Jurnalın baş redaktoru Məmməd Əhmədoğlunun RATİ-yə verdiyi məlumata görə, onlar Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə çəkişməsi hüququ) pozulduğuna görə dünən Avropa Məhkəməsinə şikayət ərizəsi göndərilib.

Xatırladaq ki, Mətbuat Şurası  “Korrupsiya və Cəmiyyət” jurnalını “reket mətbuat” siyahısına daxil etdiyi üçün M. Əhmədoğlu, Mətbuat Şurasının təkzib verərək üzr istəməsi və dəymiş maddi ziyana görə 4.000 (dörd min) manat, mənəvi ziyana görə 100000 (yüz min) manat ödəməsi barədə iddia qaldırmışdı. 30 iyun 2009-cu il tarixdə Binəqədi rayon Məhkəməsi iddianın təmin edilməməsi barədə qərar çıxarmış və Bakı Apellyasiya Məhkəməsi 16 sentyabr 2009-cu il tarixində baş redaktorun apellyasiya şikayətinin  təmin olunmamasına qərar vermişdi. Ali Məhkəmə də 18 yanvar 2010-cu ildə bu iş üzrə verilən kassasiya şikayətini təmin etməmişdi.

Jurnalın baş redaktorunun verdiyi digər məlumata görə, o beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinə, demokratik ölkələrin səfirliklərinə və yerli jurnalist təşkilatlarının və aparıcı KİV rəhbərlərinə müraciət edərək Mətbuat Şurası ilə əməkdaşlıqdan imtina etməyə çağırıb. 

Previous Post

TANINMIŞ TELEJURNALİSTİN “SPACE” TELEKANALINA QARŞI İDDİASI ÜZRƏ ÇIXARILMIŞ QƏRARDAN ŞİKAYƏT VERİLİ

Next Post

TƏHSİL ÜZRƏ EKSPERTƏ QARŞI İDDİA QALDIRMIŞ ŞƏXSLƏRİN MƏHKƏMƏYƏ GƏLMƏLƏRİ BARƏDƏ VƏSATƏT VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.