HÜQUQ MAARİFÇİLİYİ CƏMİYYƏTİ ÇİNGİZ ƏSGƏROVU MƏHKƏMƏYƏ VERDİ

Hüquq Maarifçiliyi Cəmiyyəti Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu məhkəməyə verib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev məlumat verib.

O bildirib ki, rəhbəri olduğu təşkilat Avropa Məhkəməsinin Azərbaycana bağlı verdiyi 16 qərarın icrasının vəziyyəti ilə hesabat hazırlamağı planlaşdırır. Buna görə də Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı çıxardığı qərarların icrası sahəsində hökumətin gördüyü işlər barədə məlumat əldə etmək üçün 29 iyul 2009-cu ildə informasiya sorğusu ilə Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərova müraciət edilib. Sorğularına cavab verilmədiyi üçün, Hüquq Maarifçiliyi Cəmiyyəti bunu məlumat almaq azadlığının pozulması hesab edərək, informasiya sorğusuna cavab verilməməsinin qanunsuz sayılmasına dair şikayətlə Səbail rayon məhkəməsinə müraciət edib.
İddia üzrə iş hakim Elnur Həsənovun icraatındadır və oktyabrın 26-da məhkəmə hazırlıq iclası keçiriləcək.  

Previous Post

MƏHKƏMƏ PROSESİNDƏ ƏDLİYYƏ NAZİRLİYİNİN TİBB XİDMƏTİNİN NÜMAYƏNDƏSİ ÇIXIŞ EDİB

Next Post

ÇANAQ ANTENALARININ SÖKÜLMƏSİ İNFORMASİYA ƏLDƏ ETMƏK HÜQUQUNUN POZULMASIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.