“XƏZƏR” TV-YƏ QARŞI İDDİA TƏMİN OLUNDU

İyul ayının 21-də 1 saylı İqtisad Məhkəməsində hakim  R.Abbasovun sədrliyi ilə  Kinorejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyevin "Xəzər" TV-yə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə RATİ-yə məlumat verən Mehdiyevin sözlərinə görə, hakim  qaldırılmış iddianı təmin edib. 

"Məhkəmənin qərarı ilə hakim "Xəzər" TV-də yayımlanan və "Azərbaycanfilm" və Kinorejissorlar Gildiyasına məxsus müəllif əsərlərinin nümayişini hüquq sahibləri ilə müqavilə bağlayana  qədər qadağan etdi. Məhkəmə "Xəzər" TV-dən qeyri-qanuni olaraq müəllif əsərlərinin nümayişi ilə iddiaçılara vurulmuş maddi zərərin cavabdehdən tutulması və iddiaçılara ödənilməsini qət etdi", – deyə vurğulayan Mehdiyev maddi zərərin həcmini açıqlamaq istəmədi.  

Xatırladaq ki, Azərbaycan Kinorejissorlar Gildiyasının rəhbəri, rejissor Hüseyn Mehdiyev müəllif  qonorarlarını ödəmədiyi və hüquqi qaydaları pozduğuna görə "Xəzər" TV məhkəməyə vermişdi. Mehdiyev bu cür iddianın İctimai Televiziyaya qarşı qaldıracağını bildirib.

 

Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN ƏMƏKDAŞI AÇIQ MƏHKƏMƏ PROSESİNDƏN ÇIXARILIB

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI YENİ İDDİA QALDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.