EYNİ İDDİA ÜZRƏ BİR NEÇƏ QƏZETƏ QARŞI İDDİA MƏHKƏMƏ İCRAATINA GÖTÜRÜLÜB

Bu gün Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə 3 saylı Uşaq Musiqi məktəbinin direktoru Məhin Orucovanın “Gündəlik Bakı”, “Yeni Müsavat”, və “Azadlıq” qəzetlərinə qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.

Xəbəri RATİ-yə “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev verib. Onun sözlərinə görə, iddia icraata qəbul edilsə də, hakim hazırkı dövrdə qəzetlərin proseslərdə iştirakını vacib hesab etməyib. Hakim bu qərarı onunla izah edib ki, əgər   Orucovanın iddiası sübuta yetirilərsə qəzetlər təkzib verməli olacaqlar.  
Qeyd edək ki, səbəbsiz yerə işdən çıxarıldığını  iddia edən 3 saylı Uşaq Musiqi Məktəbinin müəllimi adıçəkilən qəzetlərə şikayət ərizəsi ilə müraciət etmiş və bu qəzetlər də məktəbin direktoru M. Orucova bərəsində və müəllimənin uzaqlaşdırılması ilə bağlı yazılar dərc etmişlər. Direktor isə iddiasında qəzetlərin təkzib verməsini və şikayət etmiş müəllimdən 10 000 AZN tutulmasını xahiş etmişdir.
Previous Post

MƏTBUAT ŞURASININ SƏDRİNİN MƏHKƏMƏDƏ İŞTİRAKI İLƏ BAĞLI VƏSATƏT TƏMİN EDİLDİ

Next Post

EYNULLA FƏTULLAYEVİN İSTİNTAQ TƏCRİDXANASINDA SAXLANMA MÜDDƏTİ ƏSAS OLMADAN ARTIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.