DİNİ İCMANIN “GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI QALDIRDIĞI İDDİA RƏDD EDİLDİ

Bu gün (03 fevral) Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə “Binəqədi” dini icmasının “Gündəlik Bakı” qəzetinə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

Məhkəmə prosesində xüsusi ittihamçını vəkil Kamil Abbasov,  cavabdeh tərəfi isə “Gündəlik Bakı” qəzetinin təsisçi və baş redaktoru Habil Vəliyev təmsil edib. Bu bərədə RATİ-yə Gündəlik Bakı” qəzetinin baş redaktorunun birinci müavini Üzeyir Cəfərov məlumat verdi: ”Hakim xüsusi ittihamçının məhkəməyə təqdim etdiyi dəlil və sübutları yetərli hesab etməyərək ittihamı icraata götürməkdən imtina etdi ”.
 
  Xatırladaq ki, iddiaya “Gündəlik Bakı” qəzetində Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Seyxul-İslam Hacı Allahşükür Paşazadə haqqında silsilə tənqidi yazıların  dərc olunması səbəb olub.
Previous Post

YAP-ÇI DEPUTAT MTRŞ-NİN QƏRARINA ETİRAZ ETDİ

Next Post

İTV İLƏ BAĞLI İDDİA İCRAATA GÖTÜRÜLDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.