YAP-ÇI DEPUTAT MTRŞ-NİN QƏRARINA ETİRAZ ETDİ

Azərbaycan Respublikası Milli Məclisin (Parlament) yaz sessiyasının ilk iclasında hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, millət vəkili (deputat) Siyavuş Novruzov Milli Televiziya və Radio Şurasının (MTRŞ) türk teleseriallarının dublyaj edilməsi haqqında qərarının düzgün olmadığını bildirib.

 S. Novruzov bildirib ki, türk dili ilə Azərbaycan dili arasında ləhcə fərqi var və buna görə dublyaja ehtiyac yoxdur: “Kim türk dilini bilmirsə bu onun öz problemidir. Bir millətin iki dili ola bilməz”.
 
     Milli Televiziya və Radio Şurası sədrinin müavini Toğrul Məmmədov isə RATİ-yə bildirdi ki, MTRŞ Milli Məclisin 2002-ci ildə qəbul etdiyi “Dövlət dili haqqında” qanunun tələblərinə uyğun olaraq bu qərarı qəbul edib. Hər hansı ləhcə və ya türk dilində verilişlərin yayımlanması “Dövlət dili haqqında” qanunun 18-ci maddəsinə uyğun deyil.
Xatırladaq ki, MTRŞ-nın 30 dekabr 2008-ci il tarixli qərarı ilə 2009 yanvarın 1-dən Azərbaycanın bütün televiziya və radio kanallarında bütün verilişlərin, teleserialların,  eləcə sənədli və bədii filmlərin Azərbaycan dilində yayımlanması haqqında qərar qəbul olunub.
Previous Post

ZAMİN HACININ VƏKİLİNİN PROKURORLUQ QARŞISINDA QALDIRDIĞI VƏSATƏT QƏBUL OLUNMAYIB

Next Post

DİNİ İCMANIN “GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI QALDIRDIĞI İDDİA RƏDD EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.