“GÜNDƏLİK BAKI” QƏZETİNİN MƏTBUAT ŞURASINA QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (02 aprel) 1 saylı Bakı İqtisad Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə “Gündəlik Bakı” qəzetinin Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşova qarşı iddiasına əsasən məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev və vəkili Zaur İbadov, cavabdeh qismində MŞ-nın səlahiyyətli nümayəndəsi Şəmsəddin Əliyev iştirak edirdilər.
Tərəflərin çıxışları dinlənildikdən sonra hakim iddianın təmin edilməməsi ilə bağlı qərarı elan etdi. İddiaçının vəkili Z.İbadov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşına bildirib ki, qərardaddan apellyasiya şikayəti verəcəklər.
Xatırladaq  ki, 2009-cu ilin dekabrın 30-da Mətbuat Şurası “Gündəlik Bakı” qəzetinin “reket”lər siyahısına salınması barədə qərar çıxarıb. Qəzet rəhbərliyi qərarla bağlı təkzib verilməsi, mənəvi ziyana görə 100.000 (yüz min) manat, maddi ziyana görə isə 50 min manat cərimə ödəməsi ilə bağlı iddia qaldırıblar.

Previous Post

OMBUDSMAN “DİFFAMASİYA HAQQINDA QANUN”UN QƏBUL OLUNMASINA TƏRƏFDAR OLDUĞUNU BİLDİRİB

Next Post

İRAN SƏFİRLİYİNİN QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.