OMBUDSMAN “DİFFAMASİYA HAQQINDA QANUN”UN QƏBUL OLUNMASINA TƏRƏFDAR OLDUĞUNU BİLDİRİB

Bu gün (2 aprel) Milli Məclisin keçirilən iclasında Ombudsman Elmira Süleymanova 2009-cu ilin yekunları ilə bağlı hesabatı təqdim edən zaman “Diffamasiya haqqında” qanunun qəbulunun tərəfdarı olduğunu bildirib. Bu barədə “Mediaforum”  saytı məlumat yayıb.

“Şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, o cümlədən fikir və söz azadlığına hörmət, eləcə də, sağlam və əsaslı tənqidə münasib şəraitin yaradılması demokratik dəyərləri özündə cəm edən hər bir dövlətin ümdə vəzifələrindən sayılır”-  deyə Ombudsman çıxışında bildirib.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə bunu etirazla qarşılayıb “Bu qanun Avropanın bir sıra ölkələrində qəbul olunmadığı halda biz niyə layihəni müzakirəyə çıxarmalıyıq? Azərbaycandan bu qanunu tələb edənlər ölkəmizdə xaos yaradılmasına maraqlıdırlar” – deyə Z.Əsgərov bildirib.

Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİ MƏQALƏSİZ DƏRC OLUNUB

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN MƏTBUAT ŞURASINA QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.