Azerbaijan: New legislative amendments further erode rights to freedom of expression and peaceful assembly

483689_10200792687362394_917677259_n

Mayın 23-də vəkil Elçin Sadıqovu müdafiə etdiyi “Xural” qəzetinin həbsdə olan  baş redaktoru  Əvəz Zeynallı ilə görüşə buraxmayıblar. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, Ə. Zeynallı ilə görüşmək üçün onun saxlanıldığı 10 saylı cəzaçəkmə müəssisəsinə gedib, orderini və vəsiqəsini təqdim edərək, Zeynallı ilə görüşmək istədiyini bildirib.

“Burada buraxılış işlərinə baxan Vəzir adlı əməkdaş məni buraxmayaraq, baş idarə olan penitensiar xidmətin  icazəsinin lazım olduğunu dedi. Mən ona bildirdim ki, sizin bu qanunsuz göstərişinizə baxmayaraq, 20 may tarixində Mədət Quliyevə və sizə orderimi göndərərək, məktub da göndərmişəm.  Həmin Vəzir adlı  şəxs penitensiar xidmətin məktubunun mütləq  olmasını təkid etdi. Buradan penitensiar xidmətə  etdiyim zənglərə cavab verilmir.”-deyə bildirən Sadıqov qarşılaşdığı bu qanunsuzluqla baglı məhləməyə müraciət edəcəyini bildirib.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib. Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Apellyasiya məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

Jurnalist əsgərin dəfni zamanı çəkiliş apararkən təzyiqə məruz qalıb

Next Post

Hökumət diffamasiya haqqında qanun layihəsini təhrif etməklə media islahatının qarşısını almağa çalışır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.