VƏKİL JURNALİSTƏ QARŞI İDDİANIN RƏDD OLUNMASI İLƏ BAĞLI VƏSATƏT QALDIRIB

Bu gün (8 fevral) Nizami rayon məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə akademik Cəlal Əliyevin “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan və qəzetin müxbiri Qoşqar Bakılıya qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib. Hazırlıq iclasında iddiaçının nümayəndəsi Məzahir Sadıqov, cavabdeh Azər Ayxan və onun nümayəndəsi Elçin Sadıqov iştirak edirdi.

E. Sadıqov iddia ərizəsinin qanunvericiliyin tələbələrinə uyğun hazırlanmadığını və iddiaçının özünün prosesə gəlmədiyini əsas gətirərək, işin icraata götürülməsindən imtina edilməsi ilə əlaqədar qərardad qəbul edilməsi üçün vəsatət qaldırdı.
M. Sadıqov isə vəsatətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi.
Hakim vəsatətlə bağlı 10 fevral saat 15:00-da qərar veriləcəyini bildirdi.
Xatırladaq ki, iddiaya səbəb “Yeni Müsavat”ın bu il yanvarın 5-də işıq üzü görən sayında “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqalə olub. Akademik həmin məqalədə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan və həqiqətə uyğun olmayan məlumatlar olduğunu hesab edərək, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb.
Qeyd edək ki, millət vəkili Cəlal Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı, indiki dövlət başçısı İlham Əliyevin əmisidir.
Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.
Previous Post

TƏLƏBƏ-JURNALİST ALİ MƏKTƏBDƏN XARİC OLUNMASI İLƏ BAĞLI MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏK

Next Post

KİV-İN FƏALİYYƏTİNİ MƏHDUDLAŞDIRMAQ ÜÇÜN 4 QANUNA DƏYİŞİKLİK NƏZƏRDƏ TUTULUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.