ALİ MƏHKƏMƏNİN HAKİMİ VƏKİLƏ VAXT VERDİ

Bu gün (20 aprel) Ali Məhkəmədə hakim Aslan Kalbalıyevin sədrliyi ilə vətəndaş Eldar Məmmədəliyevin "Təhqiqat" qəzetinin baş redaktoru Yaqub Məğrura qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddiasına əsasən Apellyasiya Məhkəməsinin verdiyi qərardan kasassiya şikayəti üzrə məhkəmə prosesi keçirilməli idi.

Lakin iddiaçı tərəfin yeni vəkili Şaiq Hüseynov vəsatət qaldıraraq işlə tanış olmadığını bildirib və bu səbəbdən hakimdən ona vaxt verilməsini istədi. Buna görə də hakim prosesi 24 aprel saat 10:15-a təxirə salıb.
Qeyd edək ki, işə ilk dəfə Yasamal rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə baxılıb. Birinci instansiya məhkəməsinin qərarına görə “Təhqiqat” qəzetinin baş redaktoru Y. Məğrur 200 AZN cərimə və təkzib verməli idi.
Qərarla razılaşmayan redaktor Apellyasiya məhkəməsinə müraciət edib. Hakim Cəmilə Səfiyeva da Yasamal rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, Eldar Məmmədəliyevin məhkəməyə müraciət etməsinə səbəb,  "Təhqiqat" qəzetinin 27 dekabr 2007-ci il tarixli sayında dərc edilmiş "Qara gədələrin Türkmənistan və Qazaxıstanda qara əməlləri" adlı məqalə olub.
Previous Post

“YENİ MÜSAVAT” QƏZETİ ŞANTAJ OLUNUB

Next Post

“GÜNDƏLİK BAKI”-NIN XEYRİNƏ DAHA BİR MƏHKƏMƏ QƏRARI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.