“GÜNDƏLİK BAKI”-NIN XEYRİNƏ DAHA BİR MƏHKƏMƏ QƏRARI

Bu gün (20 aprel) Yasamal Rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə “Hacı Mazan” MMC-nin təsisçisi Ramazan Zeynalovun “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Hakim Svetlana Əhmədova iddiaçı Ramazan Hüseyn oğlu Zeynalovun “Gündəlik Bakı” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi ziyanın (300 000 AZN) ödənilməsi tələbi ilə qalırdığı iddanı təmin etmədi.
Onu da qeyd edək ki, prosesdə iddiaçı tərəf iştirak etmirdi.
Xatırladaq ki, iddiaya səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələr olub. İddiaçı tərəf həmçinin üzr istənilməsini, təkzib verilməsini və mənəvi zərərə görə “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevdən 300000 (üç yüz min) AZN tutularaq şirkətə ödənilməsini istəmişdir.
Previous Post

ALİ MƏHKƏMƏNİN HAKİMİ VƏKİLƏ VAXT VERDİ

Next Post

EYNULLA FƏTULLAYEVİN HƏBSİNDƏN İKİ İL ÖTÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.