VƏKİL CƏZAÇƏKMƏ MÜƏSSİSƏ RƏHBƏRİNİN QANUNSUZ HƏRƏKƏTİNDƏN ƏLAVƏ ŞİKAYƏT ƏRİZƏSI VERƏCƏK

10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Sakit Zahidovun (Mirzə Sakit) məhkəməyə yazdığı şikayət ünvanına çatdırılmayıb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəszilik İnstitutuna (RATİ) jurnalistin vəkili İsaxan Aşurov verdi: ”Martın 17-də Mirzə Sakitin amnistiya haqqı tanınsa da, o, bugünədək azadlığa buraxılmır. Buna görə də Mirzə Sakit məhkəməyə şikayət yazaraq həbsxana rəhbərliyinə təqdim edib, ancaq şikayət qəbul olunmadı”.
Belə ki, İ.Aşurov aprel ayının 3-ü Nərimanov rayon məhkəməsinə cəzaçəkmə müəssisəsinin rəhbərinin qanunsuz hərəkətindən əlavə şikayət ərizəsi verəcək. Vəkil qeyd etdi ki, qanunvericiliyə görə,  məhbuslar yazdıqları şikayəti həbsxana rəhbərliyinə, həbsxana rəhbərliyi isə məhkəməyə təqdim etməlidir.
İ. Aşurovun sözlərinə görə, 10 saylı cəzaçəkmə müəssisəsinin rəhbəri vəkilin bu istiqamətdə verəcəyi suallardan və  telefon zənglərindən yayınır.
Bu məsələ ilə bağlı 10 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə gün ərzində telefon əlaqəsi yaratmağa çalışsaq da, bu cəhdlər baş tutmayıb.
Xatırladaq ki, Sakit Zahidov (Mirzə Sakit) narkotik maddə saxlama ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu il martın 17-də qüvvəyə minən amnistiya aktı ilə cəzasının qalan hissəsindən azad edilib.
Previous Post

ZÖHRAB İSMAYIL İDDİA ƏRİZƏSİNİ GERİ GÖTÜRÜB

Next Post

MİRZƏ SAKİT HƏLƏ DƏ AZADLIĞA BURAXILMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.