MÜŞFİQ HÜSEYNOV SƏHHƏTİ İLƏ BAĞLI VAXTINDAN ƏVVƏL HƏBSDƏN AZAD EDİLMƏDİ

Dünən (27 may) 2 saylı cəzaçəkmə müəssisəsində Əzizbəyov rayon Məhkəməsinin  hakimi Fatimə Miriyevanın sədrliyi ilə “Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Müşfiq Hüseynovun səhhəti ilə bağlı  cəzasının qalan hissəsindən azad edilməsi ilə əlaqədar qaldırılmış iddia üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) M. Hüseynovun vəkili İsaxan Aşurov məlumat verib. Onun sözlərinə görə, məhkəmə Hüseynovun iddiasını  rədd edib:
“Müşfiq Hüseynov səhhətində olan ciddi problemlərə görə Cinayət Məcəlləsinin  78-ci, Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə əsasən cəzasının qalan hissəsindən azad ola bilərdi. Amma  hakim ədalətsiz qərar çıxardı”.
Xatırladaq ki, M.Hüseynov 2007-ci il, iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Previous Post

VƏKİLİ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

NOVRUZƏLİ MƏMMƏDOVUN KASSASİYA ŞİKAYƏTİ DƏ TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.