VƏKİLİ MİRZƏ SAKİTƏ BAŞ ÇƏKİB

Bu gün (12 fevra) vəkil İsaxan Aşurov 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Sakit Zahidovla (Mirzə Sakit) görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) İ.Aşurov özü məlumat verib. M. Sakitin səhhətinin normal olduğunu bildirən vəkil jurnalistin saxlanılma şəraitindən və personalın ona qarşı münasibətindən də şikayəti olmadığını söyləyib.
Xatırladaq ki, Sakit Zahidov 2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunub və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

MƏTBUAT ŞURASI YENİ LAYİHƏ HƏYATA KEÇİRİR

Next Post

İDDİAÇI MÜBARİZ MƏSİMOĞLUNU BAĞIŞLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.