GƏNC BLOQÇULARIN VƏKİLLƏRİ 4 DÖVLƏT QURUMUNU MƏHKƏMƏYƏ VERİB

Dünən (30 iyul) gənc bloqçuların vəkilləri – İsaxan Aşurov və Elton Quliyev Daxili İşlər Nazirliyinə, Respublika Baş Prokurorluğuna, Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğuna qarşı Səbail rayon məhkəməsində iddia qaldırıblar.

Bu barədə vəkil İsaxan Aşurovun “Turan”a verdiyi məlumata bildirilir ki, iddia bu qurumların 2009-cu il 11 və 14 iyul tarixli bəyanatları ilə əlaqədar verilib. “. Belə ki, bəyanatlarda Hacızadə və Millinin təqsirli olduğu bildirilir. Halbuki onları yalnız məhkəmə təqsirli bilə bilər. Məhkəmə isə hələ olmayıb” – deyən Aşurov vurğulayıb ki, bəyanatlarda müştərilərimiz – Adnan Hacızadə və Emin Millinin təqsirsizlik prezumpsiyası pozulub ki, bu da Avropa İnsan Hüquqları Konvensiyasının 6.2-ci maddəsinə ziddir.
Vəkil İ.Aşurov həmçinin bildirib ki, iyulun 30-da təcridxanada A.Hacızadə və E.Milliyə baş çəkib. “Onlar saxlanma şəraitindən şikayətlənməsələr də, indiyədək valideynləri və digər yaxınları ilə görüşmək imkanı verilmədiyi üçün məyus olublar.”

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

ALMANİYA DEPUTATI GƏNC FƏALLARLA GÖRÜŞMƏK ÜÇÜN BAKIYA GƏLİB

Next Post

“FANAT. AZ” SAYTINA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA İCRAATA GÖTÜRÜLDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.